|
3 günə arıqla və cavanlaş -

Pəhriz saxlayarkən üzünüzdəki qırışları açmanız da mümkün olacaq. 3 günlük pəhriz qırışlarla mübarizə aparmaq üçündür. Eyni zamanda 2 kilo arıqlaya da bilərsiz. Pəhrizə günə ac qarına içəcəyiniz 2 stəkan ilıq su ilə başlayırsız. Gün ərzində 2 litr su içməli olduğunuzu da unutmayın.

Səhər

3 yumurta ağı və bir yumurta sarısı ilə hazırlanan qayğanaq. Ya da 110-170 qr somon balığı, nazik dilim qovun, ya da yarım stəkan böyürtkən, yaxud çiyələk yeyin.

Günorta

Yeməkdən əvvəl iki stəkan ilıq su için. 110-170 qr qızardılmış somon balığı, konservləşdirilmiş ton balığı. 1 kasa zeytun yağlı və limonlu yaşıl salat. Nazik dilim qovun, ya da qırmızı meyvələr.

Axşam

Yenə eyni miqdarda somon balığı, yaşıl salat, 1 fincan buxarda bişmiş brokoli, quşqonmaz, ya da ispanaq. Yenə eyni miqdarda qovun, ya da qırmızı meyvə yeyin.

Cia.az