|
Rəqib qruplar arasında atışma, xeyli ölü var

ABŞ-ın Texas ştatında rəqib motesiklet qrupları arasında baş verən atışmaya görə, 192 adam cinayət məsuliyyətinə cəlb olunub.
Waco şəhəri yaxınlığındakı ticarət mərkəzində baş verən atışmada 9 nəfər ölüb.
Ölənlərin hamısı bir qrupun üzvləridir. Bundan başqa 18 nəfər bıçaq və güllə yaraları ilə xəstəxayana düşüb.
Polis çavuşu Patrick Swanton bunun 34 illik karyerası dövründə ən dəhşətli hadisə olduğunu deyir. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Cia.az