İyunun 12-si Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə qatılan siyasi liderlər arasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidə olacaq.
Bu barədə Qaribaşvili Dövlət Neft Şirkətinin Batumidə yeni ofisinin açılışında bəyan edib:
“Azərbaycan Gürcüstanın vacib starteji tərəfdaşıdır. Avropa Oyunlarının açılışı ilə əlaqədar 12-13 iyun tarixlərində Bakıya səfər edəcəm.
I Avropa Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırıram”.
Cia.az
