Ağır zorlanma hadisəsindən sonra 42 il vegetativ vəziyyətdə saxlanılan tibb bacısı Mumbay xəstəxanasında vəfat edib. Bu barədə “LANS” agentliyi xəbər verib.
Aruna Şanbauq kral Eduard adına Mumbay xəstəxanasında tibb bacısı işləyib. 1973-cü il noyabr ayında iş yerində sanitarın hücumuna məruz qalıb. Sonra cinayətkar Arunanı boğub. Qız sağ qalsa da, uzun müddət oksigen çatışmazlığından beyni xarici qıcıqlandırıcılara qarşı reaksiya göstərmək qabiliyyətini itirib. O vaxtdan bəri Aruna işlədiyi xəstəxananın palatalarından birində koma vəziyyətində saxlanılıb.
Xəstəxana rəhbəri Avinaş Supe bildirib: “Şanbauqu son mənzilə yola salmamışdan öncə polisin icazəsini alır və başqa sənədləri qaydasına qoyuruq”.
Bundan başqa A.Supe ictimaiyyətə müraciət edərək Şanbauqun yaxınlarının tapılmasında yardım istəyib.
2011-ci il mart ayında A.Şanbauq haqqında kitab yazmış ictimai xadim Pinki Viraninin keyləşdirmə təklifinə Hindistan məhkəməsi icazə verməyib. Onda məhkəmə rədd cavabını evtanaziyanın Hindistanda qadağan olunması ilə izah edib. Hakim həmçinin bildirib ki, Virani xəstəxana heyəti kimi Şanbauqa yaxın hesab edilə bilməz.
Cia.az
