|
Ziyafət Əsgərov vəzifəsindən ayrıldı

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

Cia.az Modern.az-a istinadən xəbər verir ki, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.

Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.