|
"Ölkəni Rusiya hökuməti idarə edir" - Gürcüstan prezidenti

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Rusiya hökuməti tərəfindən idarə olunduğunu deyib. 

Cia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, hakim “Gürcü arzusu” partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib: "Bu, sıradan bir seçki deyil, daha çox Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir". 

Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.

O, həmçinin hakim partiyanı hökumət rəsmilərinə ona səs vermələri üçün təzyiq göstərməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə günahlandırıb.