|
Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq

Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq.

Cia.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev məlumat verib.

"Yaxınlarda bu barədə elan ediləcək. Yeni marşrut artıq hazırlanıb", - deyə Anar Rzayev bildirib.