Xankəndi şəhərində kabinentində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlətməkdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub.
Cia.az xəbər verir ki, məhkəmədə "Azərpoçt" MMC-nin Xankəndi şəhər Rabitə qovşağın rəisi (Xankəndi Poçt şöbəsinin) Cavid Əliyev 177.2.3, 177.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.
Cavid Əliyev özünü təqsirli bilməyərək deyib ki, 1992-ci ildən "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Xocalı poçt şöbəsinin rəisi vəzifəsində işləyib. Xankəndi şəhəri işğaldan azad olunduqdan sonra, yəni 11 noyabr 2023-cü ildən Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
Həmin poçt şöbəsinin inzibati binası isə rəsmi qaydada "Azərpoçt" MMC-yə təhvil verilməyib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri 18 aprel 2024-cü ildə binadakı əmlaklara baxış keçirmək üçün poçt şöbəsinə gəlib və onun razılığı ilə binaya daxil olub.
Onlar binanın birinci mərtəbəsində yerləşən otaqlara, o cümlədən ümumi xidmət otağının baş tərəfindən yerləşən otağa baxış keçirərkən oradakı dolabın üzərindən "Kalaşnikov" konstruksiyalı avtomat silah tapıblar. Ondan sözügedən silahın kimə məxsus olmasını soruşduqda silahın mənsubiyyətini bilməyidini və erməni hərbiçilərdən qaldığını düşündüyünü deyib.
Rəisin xidməti otağında aparılan yoxlama zamanı "Kalaşnikov" konstruksiyalı avtomat silahına məxsus sandıqça, istirahət otağındakı dolabın içərisinə yığılmış ərzaq bağlamalarının üstündə 250 ədəd patron və həmin dolabın üzərindən isə 1430 ədəd piston aşkar edilərək götürülüb.
Bundan sonra Cavid Əliyevin Goranboy
