|
İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Cia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.