Ötən aydan başlayaraq taksilərlə bağlı yeni qaydaların qüvvəyə minməsindən sonra bu sahədə istifadə olan nəqliyyat vasitələrinin arealı dəyişdi. Əvvəllər daha çox hibrid avtomobillərin istismar olunduğu taksiləri artıq “avro-5” standartlarına cavab verən maşınlar əvəz edir. Lakin bu nəqliyyat vasitələrinin əksər hissəsi yanacaqla çalışdığı üçün sərifiyyat baxımından əlverişli hesab edilmir.
Bəs görəsən, bir çox dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yaxın gələcəkdə elektormobillərə tam keçid gözlənilirmi?
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda taksi xidmətində istifadə olunan “London taksiləri” bu seqmentdə olan maşınlardandır:
“Hazırda, taksi xidmətində ekoloji cəhətdən təmiz sayılan nəqliyyat vasitələri istismar olunur. Bunlar bir hissəsi dövlət xətti ilə gətirilən və “London taksiləri” adlandırdığımız avtomobillər, digərləri isə fərdi qayadada, sahibkarların təşəbbüsü ilə idxal olunan hibrid maşınlardır. Bu avtomobillər artıq illərdir ki, Azərbaycanda taksi xidmətində istismar olunur”.
Ekspertin fikrincə, yaxın gələcəkdə tədricən elektromobil və hibrid nəqliyyat vasitələri taksidə daha çox istifadə olunacaq:
“Total qaydada, tam olaraq taksilərin ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsinə keçidi, yəni elektromobilə keçidi hələ tezdir. Çünki bizim ölkəmizdə cəmi 200 enerjidorldurma məntəqəsi var. Bu isə 10 milyonluq əhali üçün olduqca kiçik rəqəmdir. Enerjidoldurma məntəqələrinin sayı artdıqdan sonra ola bilər ki, elektormobillərə keçid tədricən sürətlənsin. Amma hal-hazırda bununla bağlı hansısa proqrama ehtiyac yoxdur. Onsuz da qənaət baxımından sahibkarlar da, dövlətin balansında olan taksilər də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə üstünlük verirlər”.