|
İtaliyalı bəstəkar Bakıya gələcək

İtaliyalı bəstəkar Rikardo Muti Azərbaycanda konsert proqramı ilə çıxış edəcək.

Cia.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb. 
R.Muti özünün gənc musiqiçilərdən ibarət 2004-cü ildə yaratdığı Çerebuni ansamblı ilə yeni tura başlayıb.
İlk olaraq o, Bakıda çıxış edəcək. Ansamblın sonra Türkiyənin İzmir şəhərinə gedəcəyi bildirilir.

 Cia.az