Cia.az xəbər verir ki, Türkiyədə, Ankara-Eskişehir magistral yolunda sərnişin avtobusu yoldan kənara çıxaraq aşıb və körpünün dayağına çırpılıb.
NTV-nin verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər həlak olub, 26 nəfər yaralanıb.
İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.
