İraq ordusunun İŞİD üzərində təsir gücü artmağa davam edir.
ANS PRESS-in məlumatına görə, İraqın Ənbar vilayətində ordunun əməliyyatları daha da artırması İŞİD terror qruplaşmasının işini çətinləşdirir.
Son məlumatlara əsasən, ordunun Əl-Furuş, eləcə də oraya yaxın kənd və qəsəbələrdə nəzarəti ələ keçirdiyi bildirilir.
Silahlılara qarşı aparılan həmin əməliyyatda 19 İŞİD terrorçusu məhv edilib. Ordu indi isə Əmiriyyət Əl Fəllucə bölgəsinə doğru irəliləməyə başlayıb. Əməliyyatlarda Bağdat əməliyyatı komandanlığı, 17-ci Briqada komandalığı və İraq hava Qüvvələri komandanlığı iştirak edib.
Daha sonra isə ordudan əməliyyatın uğurla başa çatdığı, Əl-furuş, Şineytr, Duvilibə və bəzi bölgələrdən İŞİD terrorçularının təmizləndiyi xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, Kobanidə də Peşmərgə və YPG qüvvələri ilə çarpışan İŞİD terrorçularının artıq döyüşlərə tab gətirə bilmədiyi bildirilir.
