|
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Cia.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Məmmədov İlqar Ağa oğlu dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.