Cia.az xəbər verir ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadze "Gürcüstan arzusu" partiyasının qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizəd ola biləcəyini istisna etməyib.
Breqadze jurnalistlərə açıqlamasında deyib: "Əgər cənab İvanişvili prezidentliyə namizəd olmağı qərara alsa, əminəm ki, Gürcüstan tarixində ən yaxşı prezident olacaqdır".
