|
Polkovnik Samir Həziyev həbs olundu - Foto

N saylı hərbi hissənin komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub.

Cia.az Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.

Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.