|
Araz Ağalarovun ad günündən

Ötən gün Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun ad günü olub.

Axşam.az-ın məlumatına görə, iş adamı 59 yaşını Moskvada qeyd edib. Mərasimə Rusiyanın tanınmış simaları qatılıb.

Gecədən fotoları A.Ağalarovun oğlu, müğənni-bəstəkar Emin İnstaqram səhifəsində paylaşıb. O, mərasimdə dünyaca məşhur italyan müğənnisi Adriano Çelentanonun da olduğunu vurğulayaraq, onunla şəklini yerləşdirib.