|
Dırnaqları möhkəmləndirmək üçün bunları edin

Problemli dırnaqların səbəbi kalsium və vitamin çatışmazlığıdır. Bunu aradan qaldırmaq üçün aşağıdakıları etmək lazımdır: 
- Daha çox ağartı məhsulları yeyilməlidir 
- Həkim məsləhəti ilə vitaminlər qəbul olunmalıdır 
- Gecə yatmazdan əvvəl dırnağa 5 faizlik yod çəkilməlidir 
Dırnaq möhkəmləndirən maska: 
Qaba zeytun yağı töküb odda qızdırın. İçinə 1 xörək qaşığı duz töküb dırnaqları yarım saat bu məhlulda saxlayın. Bunu gecə yatmazdan əvvəl etmək lazımdır. Daha sonra əli suya salmayın. Kağız salfetlə silib yatın. Bu maska dırnaqları bərkidəcək, onların uzanmasına kömək olacaq.

Cia.az