|
Özünü ayaqqabı ipi ilə asdı

Sumqayıtda intihar hadisəsi baş verib.

Cia.az xəbər verir ki, hadisə iyulun 2-də İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Teymur Hümbətov yaşadığı evin hamam otağındakı borudan boyun nahiyəsini düyünlədiyi ayaqqabı bağı ilə özünü asıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.