|
İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var

Daşkəsən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

"Cia.az " xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıblar.

Həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.