|
Pakistanda matəm elan edildi

Cia.az xəbər verir ki,  Pakistanın Baş naziri Şahbaz Şərif İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın vəfatı ilə bağlı başsağlığı verib. Pakistan hökumətinin başçısı bu faciə ilə əlaqədar ölkəsində bir günlük matəm elan edib. 
Şahbaz Şərif X şəbəkəsindəki paylaşmasında bir ay əvvəl Rəisi ilə Abdullahiyanın İslamabada səfər etdiklərini xatırladaraq yazıb: "Onlar Pakistanın yaxşı dostları idilər. Pakistan matəm günü keçirəcək. Prezident Rəisi ilə yoldaşlarına hörmət, həmçinin, qardaş İran xalqı ilə həmrəylik əlaməti olaraq bayraqları endirəcəyik".


Hürr Tərcüman