|
İran Prezidenti İbrahim Rəisi ilə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan həlak olublar

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın içərisində olduqları vertolyot İranın dağlıq ərazisində qəzaya uğrayıb. Vertolyotun qalıqları Tehran şəhərindən 600 km məsafədə aşkar edilib. İranın Qırmızı Aypara cəmiyyətinin məlumatına görə, Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla, vertoyotun bütün sərnişinləri həlak olublar. İran Prezidentinin axtarışları 11 saatdan artıq çəkib. Vertolyot Taval qəsəbəsindən 30 km məsafədə tapılıb. Hazırda orada 73 xilasedici dəstə çalışır.
"Röyter" agentliyinin iranlı məmura istinadla verdiyi xəbərə görə, İran Prezidentinin mindiyi vertolyot qəzaya uğrayarkən tamamilə yanıb.