|
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Cia.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

oxu.az