Milli Məclisin deputatı Qənirə Paşayevanın qonaq olduğu proqramda kövrək anlar yaşanıb.
Azərbaycanlı deputat, yazıçı Qənirə Paşayeva ANS TV-nin efirində yayımlanan “Əslində Mən” proqramının qonağı olub.
Verilişin aparıcısı Ülviyyə Alovlunun deputatla qurduğu dialoq siyasətdən çox uzaq, ədəbi bir ab-hava yaradıb. Telaaparıcı insan həyatı ilə bağlı maraqlı fikirlər səsləndirən yazıçı-millət vəkilindən sonda bir şeir söyləməsini xahiş edib.
Q.Paşayeva isə ana haqqında yazmış olduğu şeirlərindən birini oxuyub. Onun qiraəti, şeirində işlətdiyi sözlər aparıcını çox təsirləndirib və kövrəlib.
Cia.az
