|
Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Cia.az-in xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

 

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Musavat.com