|
Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Bu barədə Cia.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.