Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov fevral ayının 14-də keçirilən ağacəkmə aksiyasında mətbuata verdiyi açıqlamada bu ilin sonuna qədər ölkə ərazisində 5 milyon ağacın əkilməsinin planlaşdırıldığını bildirib.
Nazir müavini Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından sonra kütləvi ağacəkmə aksiyalarına başlanıldığını vurğulayıb: “Artıq fevral ayının əvvəllərindən başlayaraq həm Abşeron yarımadasında, həm də ölkəmizin digər ərazilərində bu cür ağacəkmə aksiyalarının keçirilməsinə start verilib. Bu aksiyalarda təkcə ETSN və onun yerli qurumları deyil, həmçinin aidiyyəti dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının da iştirakı təmin olunur”.
Təbii ki, Prezident İlham Əliyevin göstərişlərindən sonra ekologiya və təbii sərvətlər nazirliyinin təşkil etdiyi bu ağacəkmə aksiyası təqdirəlayiq haldır. Amma bir maraqlı sual da çıxır ortaya. Bəs ekologiya və təbii sərvətlər nazirliyi ölkə ərazisində aparılan kütləvi ağackəsmə kompaniyasına nə vaxt son qoyacaq?
Aktualinfo.org təkcə 2023-cü ildə meşələtəmizdə olan ” yaşıl terror”la bağlı kifayət qədər geniş və təkzib olunmamış məlumatlar yayıb və bu işin başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun durduğunu açıqlayıb. Şəki rayonundan, elə nazir müavini Vüqar Kərimovun doğulduğu kənddən redaksiyamıza verilən son məlumatlar da bunu təsdiqləyir.
Redaksiyamıza adının çəkilməsini istəməyən Şəki şəhər sakini tərəfindən Kiş çayı ətrafında baş vermiş ekoloji cinayət faktları ilə bağlı video, foto sənədlərə əsaslanan müraciət göndərmişdir. Müraciətdə qeyd edilir ki, məşhur iş adamı Lətifov Tehran Sabir oğlu tərəfindən Şəki şəhərinin yuxarı hissəsində “Marxal” istirahət Mərkəzi ətrafında olan və Ekologiya və Təbii Sərvətlər Nazirliyin balansında olan üç böyük meşə fondu ərazisini icarə adı altında zəbt etmişdir. Məsələ barəsində 1 həftə öncə ETSN-nin qaynar xəttinə zəng edərək Kiş çayı ətrafında yerləşən və Şəki şəhərini sel təhlükəsindən qorumaq üçün hələ Sovetlər dövründə salınmış küknar meşəliyinin, çay yatağındakı meşə cinsli çoxsaylı müxtəlif diametrli ağacların böyük ərazidə ağır texnikanın köməkliyilə kürünərək yerində istirahət mərkəzi tikilməsi üçün yer hazırlanmışdır. Verilən məlumata görə T.Lətifov Kiş çayının sol sahilində yerləşən “Sərin ada” restoran yerini iki kürəkəni üçün sənədləşdirmiş və burada yerləşən müxtəlif ağacların 28 ədədini yer səviyyəsində, qalan 76 ədəd ağacı isə 3 metr hündürlükdə tam budatmışdır ki, növbəti ili ağaclar quruyaraq məhv olsun. Digər 3-cü sahə olan və “Zip Line” kanatlı istirahət mərkəzinə çatmamış, yolun sol hissəsində, Kiş çayının isə sağ sahil hisəsində yerləşən hektarlarla salınmış küknar meşəsinin də az bir hissəsini (
