|
Azərbaycanda qohum evliliyi QADAĞAN edilə bilər

"Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər".

Cia.az xəbər verir ki,  bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: 

"Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Uzun illərdir maarifləndirmə, izahedici işlər aparılır. Hətta nikah zamanı tibbi müayinədən keçmə də müsbət addım idi. Amma bütün bu işlərə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".