|
Siyavuş Kərimi "Şöhrət" ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Siyavuş Əşrəf oğlu Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

CİA.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Siyavuş Kərimi musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bəstəkar, professor Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektorudur.