|
"Azəriqaz" İstehsalat Birliyi sədrinin vəzifəsindən azad olunduğu deyilir

“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.

Cia.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev açıqlamasında onda belə bir məlumatın olmadığını bildirib.