|
Yağış yağacaq, duman olacaq - Sabahın HAVASI

Martın 3-nə olan hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.