|
Prezident yeni nazir təyin etdi - Sərəncam

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Cia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri vəzifəsində Fikrət Məmmədov çalışıb. F.Məmmədov yeni formalaşdırılan hökumətdə yer almayıb.

Həmin vaxtdan nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilmişdi.