Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan gürcüstanlı yeni həmkarı İrakli Çikovani ilə telefonla danışıb.
Cia.az bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, nazirlər müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.
Qeyd edək ki, bu günlərdə Fransadan göndərilən silah və zirehli texnikanın Ermənistana hansı yollarla çatdırılacağı müzakirə olunmaqdadır.
Musavat.com
