|
R.T.Ərdoğan Dubaya səfər edib

Cia.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. O, Dubayda keçirilən "Gələcəyin hökumətlərinin formalaşdırılması" adlı beynəlxalq sammitdə fəxri qonaq kimi iştirak edir.