|
Xəzərdə zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.

Zəlzələlərin tədqiqatı bürosundan Cia.az-a verilən məlumata görə, yeraltı təkanlar Qala stansiyasından 145 km şərqdə Xəzər dənizində qeydə alınıb.

Yerli vaxtla saat 05.49-da baş verən zəlzələnin maqnitudası 3,9, dərinliyi 62 km olub.