|
DƏHŞƏTLİ QƏTL!

Türkiyənin Bursa şəhərində həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya düşən şəxs evə qayıtdıqdan sonra ailəsi ilə mübahisə edib.

Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ana və atasını 7 yaşlı oğlunun gözləri qarşısında tüfənglə qətlə yetirib.

Daha sonra isə yaralanaraq qaçmağa çalışan qardaşının boğazını bıçaqla kəsərək öldürüb.

Hadisə Osmanqazi rayonu Hamitlər məhəlləsində baş verib.

Cinayətkar polis tərəfindən saxlanılıb.

Musavat.com