|
Hərbi helikopter qəzaya uğradı -

Kolumbiyanın Choco inzibati bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib. Qəzada 3 əsgər yaralanıb.

Cia.az NTV-yə istinadən xəbər verir ki, bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Ordunun verdiyi açıqlamada ölən əsgərlərin ailələrinə başsağlığı verib və qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb. \Tribunainfo.az