|
Prezidentə müraciət etdilər

Uzun fasilədən sonra iqtidarla müxalifət bir araya gəldilər. Media üçün qapalı olan görüş barədə elə sonradan da özləri danışıblar. İqtidarla müxalifət nələri müzakirə edə bilb?
Iqtidarla müxalifət nümayəndələri arasında növbəti dialoq baş tutdu. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir qrup müxalifət partiyası rəhbərləri ilə təxminən 2 saat davam edən qapalı görüşdən sonra mətbuata açıqlamasında bildirdi ki, danışıqlarda ilk Avropa Oyunlarından tutmuş seçki məsələsinədək, bir sıra məsələlər. Və Azərbaycan cəmiyyətini maraqlandıran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb.

“Bu gün gündəmin əsası Azərbaycanda Yay Avropa Oyunlarının keçirilməsinin təşkili və bir neçə cari məsələlər də qaldırıldı. Xüsusən də bir qrup məhbusun azad olunması ilə bağlı birinci və ikinci görüşdə məsələ qaldırılmışdı. Həmin məsələ bu gün bir daha gündəmə gətirildi. Və ölkə başçısına bunların əhvilə bağlı müraciətlərini təkrar çatdırmağı xahiş etdilər”, - deyə Əli Həsənov bildirib.

Əli Həsənov vurğuladı ki, iqtidar siyasi partiyalar arasında ayrı-seçkilik qoymur. Aktiv siyasi fəaliyyətlə məşğul olan istənilən siyasi partiyalarla görüş üçün hakimiyyətin qapısı açıqdır.

Dialoqda iştirak edən müxalifət partiyalarının rəhbərləri isə bu görüşü nəticəyə aparan növbəti addım kimi qiymətləndirdilər.

“Müəyyən fikirlər var idi. Amma əsas fikir o idi ki, hamı çalışmalıdır ki, bu oyunlar normal şəkildə keçsin. Azərbaycanın imicinə müsbət təsir göstərsin”, – deyə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə qeyd edib.

Belə görüşlərin hər iki aydan bir keçirilməsi, müzakirə ediləcək mövzuların əvvəlcədən müəyyən edilməsi razılaşdırılan məsələlər sırasındadır.

Cia.az