Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102 bənd təşkil edib.
Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu, aylıq müqayisədə 0,8 bənd az, 2023-cü il yanvarın 1-i ilə müqayisədə isə 6,8 bənd çoxdur.
Ötən il dekabrın sonuna manatın real effektiv məzənnəsi 121,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1 bənd, 2023-cü ilin dekabrın sonu ilə müqayisədə isə 0,9 bənd azdır.