Nepal hərbçiləri humanitar missiyanı yerinə yetirərkən qəzaya uğramış ABŞ vertolyotunun qalıqlarını tapıblar.
Nepalın Çinlə sərhəd yaxınlığında havadan axtarış aparılarkən qalıqlara rast gəlinib. Hazırda sağ qalanların axtarışı üçün qəza yerinə enməyə çalışırlar.
ABŞ dəniz piyadalarına məxsus vertolyot zəlzələ qəzasında ölənlərə yardım etmək üçün uçarkən 12 mayda radarlardan itmişdi. Vertolyotun göyərtəsində 6 amerikalı, 2 nepallı olub.
Cia.az
