Müsavat Partiyası rayon təşkilatı sədrlərindən biri saxlanılıb.
Partiyadan “Qafqazinfo"ya verilən məlumata görə, bu gün Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah və fəal müsavatçı Ramazan Əliyev polis tərəfindən saxlanılıb.
Müsavatçının polis bölməsinə aparılmasının səbəbi dünən Müsavat Partiyasının başqanı Arif Hacılının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın anasının yas mərasimində iştirakı ilə əlaqələndirilir.
Hazırda Müsavat Partiyası rayon təşkilatı liderlərinin harada saxlanması barədə məlumat yoxdur.
