Paltar ütüləmək qadının heç xoşlamadığı ev işlərindən biridir. Həmişə təxirə salınır, ya da başqa birinə həvalə edilir.
Çünki yorucu bir işdir. Bir anlıq diqqətsizlik sevimli geyimin yanmasına səbəb ola bilər. Yəqin çoxunuz hansısa geyimin üzərinə ütü yanığı ləkəsi salmısınız. Əgər geyiminiz tam yanmayıbsa, ləkəni aparmaq şansınız var. Sizə lazım olan oksigenli sudur.
Yarım stəkan suya oksigenli su əlavə edin. Bir parçanı bu su ilə isladın. Yanıq ləkəsini bu parça ilə silin. Ləkə yox olacaq.
Yanıq ləkəsi üçün sirkəli su da istifadə edə bilərsiz. Sirkəli suya batırdığınız parça ilə yanıq ləkəsini silin.
Cia.az
