Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.
Cia.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkə hesabında paylaşım edib.
“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Mask paylaşımında bildirib.
Sahibkar əvvəllər bəyan edib ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.
