|
İlham Əliyev mətbuatla bağlı xüsusi sərəncam verəcək

“Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə mühüm dövlət tədbirləri həyata keçiriləcək”.

Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, həmişə olduğu kimi Azərbaycan prezidentinin milli mətbuatın 140 illik yubileyinin təşkili və keçirilməsi haqqında xüsusi sərəncamı hazırlanır: “Bundan sonra tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycan Prezident Administrasiyası rəhbərinin tədbirlər planı təsdiq olunacaq və müvafiq olaraq tədbirlər keçiriləcək”.

Cia.az