|
İlham Əliyev və Mehriban Əliyeva Xocavənd və Xocalı rayonlarına səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

Cia.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində "Çinar müqəddəs yer" abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.