|
MSK İlham Əliyevin Prezidentliyə namizədliyini təsdiq etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir. 

Cia.az xəbər verir ki, MSK-nın bugünkü iclasında prezidentliyə namizədlərin müraciətlərinə baxılır. 

MSK İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasına Prezidentliyinə namizədliyini təsdiq edib.

Qeyd edək ki, İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.