|
Bi Bi Kinq dünyasını dəyişdi
Məşhur blyuz-gitaraçı, müğənni, bəstəkar Bi Bi Kinq Las-Veqasda 90 yaşında dünyasını dəyişib. 
Musiqiçi yuxuda olarkən keçinib. 
Xatırladaq ki, bir ay əvvəl Bi Bi şəkərli diabet diaqnozu ilə Las-Veqas xəstəxanasına aparılmışdı. Sənətçi artıq 20 ildir ki, bu xəstəlikdən əziyyət çəkirdi. O, 2014-cü ildə məhz bu səbəbdən bütün konsertlərindən imtina etmişdi. 
Qeyd edək ki, Bi Bi Kinq “Rolling Stone” jurnalının sorğusuna əsasən, “Bütün dövrlərin 100 ən yaxşı gitaristi” siyahısına daxil olub. 
Cia.az