Cia.az xəbər verir ki, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə hazırlaşır.
Baş katib bu məlumatı “İks” (X) sosial şəbəkəsindəki səhifəsində verib.
Mariya Peyçinoviç-Buriç yazıb: “Azərbaycana rəsmi səfərə gedirəm. Ermənistanla Azərbaycanın birgə bəyanatını alqışlayıram. Bu, düzgün istiqamətdə müsbət addımdır. Avropa Şurası möhkəm sülhə nail olmaq üçün hər iki tərəfə dəstək olmağa hazırdır”.
