|
Tamerlan Qarayev nazirə nə dedi...

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin sənaye naziri Saleh Husinlə görüşərək Asiya ölkəsinə investisiya yatırılması məsələlərini müzakirə edib.

Virtualaz.org saytının İndoneziya rəsmi KİV-lərinə istinadən xəbər verir ki, səfir Azərbaycanın İndoneziyada mümkün investisiya imkanlarını araşdırdığını və təkliflərini bu ölkənin hökumətinə göndərdiyini deyib. “Biz İndoneziya ilə ticarət və investisiya əlaqələrini genişləndirmək istəyirik. İndoneziya mühüm ticarət partnyorudur”-Qarayev bildirib.

İndoneziyanın sənaye nazirliyinin rəsmisi isə deyib ki, Azərbaycan investorları infrastruktur və neft sənayesi layihələrinə maraq göstərir. İndoneziya hökuməti 14 sənaye zonasının yaradılması haqda proqram qəbul edib və bu proqram xarici investorların cəlb edilməsini nəzərdə tutur.

Cia.az