Cia.az xəbər verir ki, bu sözləri girov saxlananlardan biri Tamir Adarın anası Yael Adar yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, humanitar fasilə bitdikdən sonra İsrailin müharibə rəsmiləri ilə görüşmək istəsələr də, onların tələblərinə məhəl qoyulmayıb: "Bizim istədiyimiz tək şey bu gün kabinetin bizimlə görüşməsidir, biz buna layiqik. Onların bizi görməməzlikdən gəlməsi təhqirdir".
Adar qeyd edib ki, bu gün saat 20:00-a qədər toplantı keçirilməsə, etirazlar artacaq:
"Ailələr Təl-Əvivdə Müdafiə Nazirliyinin qarşısında toplanaraq gözləyəcəklər. Hökumət nəyin bahasına olursa-olsun, girovları azad etməlidir. Dərhal danışıqlar masasına qayıdın və razılığa gəlin".
